Bu barədə təşkilatın baş katibi Ronald Noble açıqlamasında bildirib.Təşkilat rəsmisi bildirib ki,
"İpterpol" 11 iyun-11 iyul tarixlərində keçiriləcək yarışda indiyədək
heç olmadığı qədər polis məmuru CAR-a ezam olunacaq.CAR polisinə 20-25 ölkədən polis
dəstəyinin veriləcəyini bildirən Noble hələlik Dünya çempionatı üçün
heç bir terror təhdidi almadıqlarını, ancaq ölkəyə giriş-çıxışların
ciddi nəzarət altında olduğunu və CAR-a gələn əcnəbilərin "İnterpol"
tərəfindən ciddi yoxlandığını bildirib.